hia.az

Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır

23 dəfə baxılıb 8-09-2026, 15:43

Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır

Mənzil təminatı, yaşayış məskənləri və iqlim fəaliyyəti təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Bunlar bir-biri ilə sıx bağlıdır və dayanıqlı şəhər inkişafı üçün birbaşa əhəmiyyət kəsb edir.

Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzulu panel sessiyada xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O vurğulayıb ki, Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə və regional-beynəlxalq platformalara ev sahibliyinə davam etməyə hazırdır. Praktik baxımdan, Azərbaycanın iqlimə dözümlü şəhər infrastrukturu quruculuğu, eləcə də yaşıl şəhər inkişafı sahəsindəki təcrübəsini bölüşə bilər.

“COP31-də biz münaqişədən və fəlakətdən sonrakı iqlimə dözümlü şəhər inkişafı və yenidənqurma sahəsindəki uğurlu təcrübəmizi bölüşəcəyik. Azərbaycan və Türkiyənin bu sahələrdəki nailiyyətləri oxşar çətinliklərlə üzləşən digər tərəflər üçün dəyərli dərs və praktik təcrübədir”, - deyə nazir müavini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi