hia.az

Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib

19 dəfə baxılıb 9-09-2026, 09:52

Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib

BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhman Nyu-Yorkda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Bu barədə Rəhman "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Görüş zamanı tərəflər BMT Baş Assambleyası və Milli Məclis arasında qarşılıqlı əlaqələrin gələcək inkişafı məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları nəzərdən keçiriblər.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşməkdən məmnun oldum. Görüş zamanı biz BMT Baş Assambleyası və Milli Məclis, eləcə də dünya ölkələrinin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etdik. Bundan əlavə, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi