hia.az

Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq

24 dəfə baxılıb 7-09-2026, 15:39

Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq

Kiyevdə (Ukrayna) sentyabrın 10-dan komendant saatının müddəti qısaldılır.

Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko Kiyev Müdafiə Şurasının qərarının nəticələrinə əsasən bəyan edib.

O qeyd edib ki, komendant saatı səhər saat 1:00-dan 5:00-dək qüvvədə olacaq (hazırda 00:00-dan 05:00-dək - red). Beləliklə, komendant saatının müddəti 60 dəqiqə qısaldılacaq.

Onun sözlərinə görə, bu qərar hökumətin qərarına və paytaxtda təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində şəhər təsərrüfatının fəaliyyətinə aid bir sıra şəhər təşəbbüslərinə uyğun olaraq qəbul edilib.

Bununla əlaqədar paytaxtda ictimai nəqliyyatın iş qrafiki bir saat uzadılacaq.

Bununla yanaşı, ictimai iaşə müəssisələrinin, əyləncə müəssisələrinin və ticarət-əyləncə mərkəzlərinin iş qrafiki dəyişməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi