hia.az

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

0 dəfə baxılıb Bu gün, 15:12

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

İtaliyanın Val-di-Suza vadisində Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisinə etiraz edən "No TAV" hərəkatının üzvləri ilə polis arasında tikinti meydançasında baş verən toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 120 əməkdaşı xəsarət alıb.

"Report"un İtaliya mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Matteo Piantedosi ilə birlikdə tikinti meydançasına gələn baş nazir Corcia Meloni bildirib.

"Ötən şənbə günü Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisi ilə əlaqədar baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının 120 əməkdaşı yaralanıb. Burada gördükləriniz müharibə səhnələri deyil, sözdə etiraz səhnələridir. Lakin bu, fikir ayrılığının ifadəsi deyil, bu, mütəşəkkil, qəsdən törədilmiş zorakılıqdır və ona məhz bu cür yanaşmaq lazımdır", - Meloni bildirib.

O əmin edib ki, hökumət günahkarların müəyyən edilməsi üçün əlindən gələni edəcək.

Kyomonte meri Roberto Qarbati isə TAV layihəsinin gələcəyini və 98 milyon avro təzminatın ödənilməsini müzakirə etmək üçün baş nazirlə əlaqə saxlayacağını bildirib.

Sözügedən magistralın tikintisinə qarşı etirazlar demək olar ki, 30 ildir davam edir. "No TAV" hərəkatı layihənin Suzanın ətraf mühitinə zərərli təsirindən, eləcə də böyük və əsassız xərclərdən narahatlığını bildirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi