hia.az

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

2 dəfə baxılıb Bu gün, 11:58

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisindəki obyektlərə endirilən uzaqmənzilli zərbələrin Rostov vilayətindəki ixrac terminalını, eləcə də Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərini vurmağa imkan verdiyini təsdiqləyib.

Bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, iyulun 27-nə keçən gecə Ukraynanın uzaqmənzilli vasitələri Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr məsafədə yerləşən ixrac terminalını vurub.

O qeyd edib ki, Ukraynanın dövlət sərhədindən təxminən 1300 kilometr aralıda yerləşən Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərinə də analoji zərbələr endirilib.

"Uzaqmənzilli fəaliyyət planını həyata keçiririk və Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaldırıq", - Zelenski vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi