hia.az

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

0 dəfə baxılıb Bu gün, 10:06

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən(MÜTDA) bildirilib.

Qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi üzrə daxil olmuş apellyasiya müraciətləri araşdırılır:

"Namizədlərin imtahan nəticələri apellyasiya müraciətlərinə verilən cavablarla eyni vaxtda onların şəxsi səhifələrinə yerləşdiriləcək. Balların şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək. Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarixlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə MİQ imtahanında iştirak edənlər namizədlər imtahanda topladıqları balların şəxsi kabinetlərinə göndərilməməsi ilə iddiası bağlı etirazlar səsləndirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi