hia.az

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

43 dəfə baxılıb 25-07-2026, 11:01

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.

Rumıniya Prezidenti vurğulayıb ki, PUA "F-16" qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi dəqiqləşdirilmir.

Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi