hia.az

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

73 dəfə baxılıb 25-07-2026, 11:21

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi