hia.az
hia.az

Daha bir gömrük generalı barəsində cinayət işi başlandı - YENİLƏNİB

176 dəfə baxılıb 6-09-2022, 20:01

Daha bir gömrük generalı barəsində cinayət işi başlandı - YENİLƏNİB


Barəsində cinayət işi başlanılan gömrük xidməti general-mayoru Kənan Məmmədov bundan əvvəl Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

Həmin dövrdə sahibkarlar K.Məmmədov barəsində çoxsaylı şikayətlər edirdilər. Bir müddət əvvəl Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə, Kənan Məmmədov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi təyin olunmuşdu.

***

16:15

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsinə qarşı cinayət işi başlanıb.

Parlamentinsesi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi