hia.az
hia.az

Banu Şücai model sənətini tərk edib – FOTO

639 dəfə baxılıb 5-10-2016, 14:29

Banu Şücai model sənətini tərk edib – FOTO“Miss Globe Azerbaijan - 2014” gözəllik müsabiqəsinin qalibi seçilən Banu Şücai daha modelliklə məşğul olmayacaq. O, bir ildən artıqdır ki, bu sahədən tamamilə uzaqlaşdığını və fəaliyyətinə müğənni kimi davam edəcəyini bildirib.



parlamentinsesi.az xəbər verir ki, 2015-ci ildə “Səs Azərbaycan” yarışmasına qatılan B.Şücai Xalq artisti Mübariz Tağıyevin komandasında yarışmış, “Döyüşlər” mərhələsində iştirakçı Ayla Şiriyeva ilə səhnədə “Shy guy” mahnısını səsləndirmiş, sonda komanda rəhbəri M.Tağıyevin seçimi ilə A.Şiriyeva müsabiqədə mübarizəsini davam etdirmiş, B.Şücai isə “Səs Azərbaycan”ı tərk etmişdi.



Gürcü müəllim Mziya Gambashidzedən musiqi dərsləri alan Banu Şücai bəstəkar Nailə Mirməmmədlinin də tələbəsi olduğunu və yaxın günlərdə onun bəstələdiyi yeni mahnını təqdim edəcəyini vurğulayıb. O, yeni fotosessiyaya hazırlaşdığını da qeyd edib.



Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə təhsil alan Şücai maraqlı film və ya serial təklifi olarsa, özünü bu sahədə də sınayacağını deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi