hia.az
hia.az

Xalq artisti əfqan uşağını himayəsinə götürmək istədi - tənqid edildi

270 dəfə baxılıb 18-08-2021, 14:03

Xalq artisti əfqan uşağını himayəsinə götürmək istədi - tənqid edildi
Xalq artisti Naibə Allahverdiyeva Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istəyib.

Bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, bunu necə edəcəyi ilə bağlı məlumatsızdır.

“Çox istərdim əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum. Amma hara müraciət edəcəyimi bilmirəm” deyə, Allahverdiyeva qeyd edib.

Onun bu sözləri isə tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda kimsəsiz uşaq evindən uşaq götürməsini yazıblar.

Aktrisa tənqidlərə “Bizim uşaq evində olanlar dövlət himayəsindədir. Onlar isə dövlətsiz, sahibsizdilər. Qəlbində imanı, mərhəməti olan məni başa düşər. Onlardan bir uşağı himayəyə götürmək onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər” cavabını verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi