hia.az
hia.az

MTRŞ-dən “Bozbaş pikçers”ə xəbərdarlıq

556 dəfə baxılıb 10-10-2016, 22:23

MTRŞ-dən “Bozbaş pikçers”ə xəbərdarlıq“Milli Televiziya və Radio Şurası (MTRŞ) əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, “qara yumor”la bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma təəssüf ki, hazırda bu kimi hallar yenidən ortaya çıxır”.

parlamentinsesi.az xəbər verir ki, bunu Report-a açıqlamasında MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, bu məsələlər şuranın nəzarətindədir:

“Bu, daha çox yaradıcılıq məsələsidir, əslində, MTRŞ yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdır”.

Şöbə müdiri bildirib ki, o, şəxsən “Bozbaş pikçers”in ATV-də yayımlanmasını başa düşmür:

“Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə, yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi