hia.az
hia.az

Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLİB

156 dəfə baxılıb 20-12-2022, 17:51

Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLİB


Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.

Bu barədə lent.az-a müğənni özü məlumat verib.

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular. O vaxtı çox imkanlı olmuşam, halal pulumu qazanmışam. Heç kim deyə bilməz ki, haram pul qazanıram. Əlimdə də kifayət qədər sübutlarım var. İstər səs yazıları, istərsə də yazışmalar. Sübutsuz heç vaxt addım atmaram. Bu gün də alnım açıq, üzüm ağdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi