hia.az

Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

16 dəfə baxılıb 20-02-2026, 14:05

Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar. Onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi