hia.az

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

35 dəfə baxılıb 20-02-2026, 14:46

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Rusiyaya qarşı növbəti - 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib.

Bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilir ki, sanksiyalarla bağlı Macarıstan və Slovakiyadan başqa Malta, Kipr, Yunanıstan və İspaniyanın da narazılığı var.

Xatırladaq ki, 20-ci sanksiyalar paketi razılaşdırılandan sonra fevralın 23-də Aİ xarici işlər nazirləri tərəfindən qəbul olunmalı idi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi