hia.az
hia.az

Milli Məclisdə qəzalı binalarla bağlı məsələ qaldırıldı

19 dəfə baxılıb 20-02-2026, 10:42

Milli Məclisdə qəzalı binalarla bağlı məsələ qaldırıldı

Qəzalı binalarla bağlı məsələni heç olmasa qismən həll etməli, ötən illərlə müqayisədə bu problemi daha az ağrılı vəziyyətə gətirməliyik. Digər tərəfdən, xüsusilə Bakı şəhərində qarşımıza çıxan, yarımçıq qalmış çoxmərtəbəli binaların tamamlanması üçün sahibkarlara ciddi dəstəyin göstərilməsini gözləyirik. Çünki bu sahədə elə sahibkarlar var ki, müflisləşiblər və kredit dəstəyinə ehtiyac duyurlar.

Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, həmin sahibkarların böyük problemlərindən biri də məhkəmə məsələləri ilə bağlıdır. Bir çox hallarda girov qoyulmuş əmlakın vəsaiti tam ödənildikdən sonra banklar həmin əmlakı girovdan çıxarmır və sahibkarlara məhkəməyə müraciət etməyi tövsiyə edirlər. Nəticədə sahibkar yenidən məhkəməyə üz tutmalı olur.
“Burada dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və onlar vətəndaş müraciətlərinin böyük yükü altında qalırlar. Bir çox hallarda hakimlər gün ərzində, xüsusilə inzibati xarakterli işlər üzrə, on, hətta on beşədək məsələyə baxmalı olurlar. Bu isə işlərin hər birinin diqqətlə oxunmasına və obyektiv şəkildə qiymətləndirilməsinə ciddi maneə yaradır”.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionlara diqqətin artırılmalıdır. Məsələn, mənim təmsil etdiyim Sabunçu rayonunun Zabrat qəsəbəsində vətəndaşların normal istirahəti üçün bir dənə də olsun park yoxdur. Halbuki həmin ərazidə neft şirkətinə məxsus, artıq istifadəsiz qalmış sahələr mövcuddur. Bu ərazilərdə rahatlıqla abadlıq işləri aparmaq və vətəndaşların istirahət tələbatını ödəmək mümkündür”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi