hia.az

Sadır Japarov sabah Azərbaycana səfər edəcək

1 dəfə baxılıb Bu gün, 16:42

Sadır Japarov sabah Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək.

"Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadır Japarov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.

"Tədbir çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələləri üzrə regional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı aktual məsələləri müzakirə edəcəklər. Müşavirənin yekununda əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul olunması gözlənilir", – məlumatda bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi