hia.az

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

3 dəfə baxılıb Bu gün, 13:35

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 11-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər isə yaralanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi