hia.az

Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar

2 dəfə baxılıb Bu gün, 11:06

Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar

Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.

Prezident qeyd edib ki, Azərbaycan və Kamboca yaxşı tərəfdaşlardır.

"Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. İkitərəfli münasibətlərə gəldikdə, biz həmçinin əlaqələri intensivləşdirmək barədə razılığa gəldik. Bizdə çox yaxşı siyasi münasibətlər formalaşıb və biz BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində fəal qarşılıqlı əməkdaşlıq edirik", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin ticarətin genişləndirilməsi və investisiyaların cəlb edilməsi imkanlarını müzakirə ediblər.

"Şübhəsiz, biz ticarət və investisiyaların inkişafı üçün nə edilə biləcəyini müəyyən etməliyik. Biz bu imkanları ətraflı müzakirə etdik və ticarət-iqtisadi və investisiya əməkdaşlığının praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik", - İlham Əliyev qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi