hia.az

Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq

5 dəfə baxılıb Bu gün, 07:56

Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq

Bu gün Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai RETSİ-yə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi