hia.az
hia.az

"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

12 dəfə baxılıb 3-02-2026, 13:56

"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsi "X" sosial şəbəkəsinin Parisdəki (Fransa) ofislərində axtarışlar aparır.

Bu barədə prokurorluğun bəyanatına istinadən "Le Parisien" nəşri məlumat yayıb.

"Bu araşdırmalar 2025-ci ilin yanvarında başlamış istintaq çərçivəsində Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsi və "Europol" tərəfindən aparılır", - məlumatda bildirilib.

Fransa hakimiyyəti "X" sosial şəbəkəsini xarici müdaxilə məqsədilə alqoritmi saxtalaşdırmaqda şübhəli bilir. Söhbət mütəşəkkil dəstə tərəfindən məlumatların avtomatlaşdırılmış emalı sisteminin işinin pozulması və həmin sistemdən məlumatların qanunsuz əldə edilməsi kimi hüquqpozmalardan gedir.

Fransa ekspertləri bu məlumatları təhlil etmək üçün "X"in tövsiyə alqoritminə və platformadakı istifadəçilərin bütün paylaşımları haqqında məlumatlara real vaxt rejimində çıxış tələb ediblər. Lakin "X" bu tələbləri yerinə yetirməkdən imtina edərək qeyd edib ki, konkret ittihamlarla bağlı hələ də məlumatsızdırlar. Şirkət həmçinin ittihamları siyasi motivli adlandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi