hia.az
hia.az

Pakistan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

583 dəfə baxılıb 15-10-2016, 16:43

Pakistan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıbAzərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif Milli Məclisdə olub.

parlamentinsesi.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri artıq başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın baş nazirini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi