hia.az
hia.az

Nazirə yeni müşavirlər təyin edildi

63 dəfə baxılıb 1-03-2023, 14:41

Nazirə yeni müşavirlər təyin edildi


Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın Beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.

Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri, 2013-cü ildən Milli Konservatoriyada Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycanda milli eksperti təyin olunub.

Mədəniyyət nazirinə təyin olunan digər müşavir Oleq Əmirbəyov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu ixtisasını bitirib. Teatr və kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın Əməkdar artistidir. 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.

Qeyd edək ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır. Son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi