hia.az

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

0 dəfə baxılıb Bu gün, 18:02

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb.

Mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" - "Masdar" və "Azərbaycan Yaşıl Enerji Şirkəti" MMC arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L"IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi