hia.az
hia.az

“Sözsüz” monotamaşası beynəlxalq festivalda xüsusi mükafata layiq görüldü

499 dəfə baxılıb 19-10-2016, 17:16

“Sözsüz” monotamaşası beynəlxalq festivalda xüsusi mükafata layiq görüldüAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək vətənə dönüb. Heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.

Bu barədə parlamentinsesi.az-a teatrın mətbuat xidmətindən bildirilib.

Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin “Sözsüz” monotamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla, 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı, festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.

Tamaşa “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştiraka görə” diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.

Dünyanın bir sıra aparıcı ölkələrinin iştirak etdiyi festivalda yeni yaradıcılıq əlaqələri qurulub. Tamaşa haqqında Litvanın əsas mətbu orqanı olan “Sugardas” qəzetində reportaj hazırlanıb və yerli televiziya kanalları vasitəsilə yayımlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi