hia.az
hia.az

Dollar 7 ayın zirvəsindən enib

629 dəfə baxılıb 19-10-2016, 17:18

Dollar 7 ayın zirvəsindən enibDolların əsas xarici valyutalara qarşı məzənnəsi bugünkü ticarət sessiyasında 7 aylıq maksimum səviyyədən aşağı enib.

parlamentinsesi.az APA-Economics-ə istinadən xəbər verir ki, buna ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalların azalmasıdır. Ötən gün açıqlanan istehlak qiymətlərinin statistikası ABŞ-da inflyasiyanın mülayim artımına işarə edib ki, bundan sonra bazar iştirakçıları FED-in dekabr ayında keçiriləcək toplantısında dolların bahalaşdırılacağına da skeptik yanaşmağa başlayıb.

Dolların (altı əsas valyuta səbətinə nisbətən) indeksi bugünkü ticarət sessiyasında 0,02% geriləyərək 97,873 səviyyəsinə enib. Halbuki, bazar ertəsi indeks 98,169-dək irəliləyərək 7 aylıq maksimuma çatmağı bacarıb.

Çində açıqlanan statistik göstəricilərdən sonra Avstraliya dolları bir müddət əvvəl əldə etdiyi üstünlükləri itirib. Hazırda Avstraliya dolları cəmi 0,1% bahalaşaraq 0,7673 dollar ətrafında ticarət olunur. Halbuki, ötən sessiyada valyuta 0,7691 dollar səviyyəsinə çatıb ki, bu da oktyabr ayının 4-dən etibarən maksimumdur. Maraqlıdır ki, digər əsas valyutaların buna reaksiyası daha sakit idi. Buna səbəb kimi dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Çinin açıqladığı statistikada sürprizlərin olmaması göstərilir.

Qeyd edək ki, III rübdə Çində iqtisadi artım 6,7% təşkil edib ki, bu da analitiklərin gözləntiləri ilə üst-üstə düşür. Buna baxmayaraq, sənaye istehsalı 6,1% artaraq proqnozlardan az olub.

Avro isə 1,0984 dollar ətrafında stabilləşib ki, bu da 2,5 aylıq maksimum olan 1,0964 dollar göstəricisindən yuxarıdır.

Funt sterlinq 0,19% ucuzlaşaraq 1,2275 dollar səviyyəsində qərarlaşıb.

Dollar Yaponiya yeninə qarşı 0,04% zəifləyərək 103,78 yenə çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi