hia.az
hia.az

Manat əksər xarici valyutalara qarşı bahalaşdı

623 dəfə baxılıb 17-10-2016, 16:19

Manat əksər xarici valyutalara qarşı bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən parlamentinsesi.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6747 manat təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi