hia.az
hia.az

Bu şəxslərin maaşında yüksək artım olacaq

69 dəfə baxılıb 8-01-2024, 15:50

Bu şəxslərin maaşında yüksək artım olacaq

2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik.

Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Bayramovun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb:

“Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi