hia.az
hia.az

"Təəssüflər olsun ki, uduzduq" - Fərid Qayıbov

122 dəfə baxılıb 3-08-2023, 17:28

"Təəssüflər olsun ki, uduzduq" - Fərid Qayıbov


"Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik".

Bunu gənclər və idman naziri Fərid Qayıbov özünün feysbuk səhifəsində yazıb.

"Qarabağ"ın Bakıda Polşa "Rakuv"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:

"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi