hia.az
hia.az

Bu gün Vüqar Həşimovun anım günüdür

8 dəfə baxılıb 11-01-2023, 09:46

Bu gün Vüqar Həşimovun anım günüdür


Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrossmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib.

Növbəti illərdə də bu turnir keçirilməyə davam edib.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan səkkizinci superturnirin təntənəli bağlanış mərasimi olub. Turnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov kuboku Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi