hia.az

“Formula-1” Ağdamda keçirilsin - TƏKLİF

213 dəfə baxılıb 6-06-2022, 17:42

“Formula-1” Ağdamda keçirilsin - TƏKLİF


Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq:

"Ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik. Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin "Formula-1" çiləsinə son verərdi.

Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi