hia.az

Bu gün finaldır

201 dəfə baxılıb 27-05-2022, 12:23

Bu gün finaldır


Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Həlledici matçda “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

Qəbələdə keçiriləcək qarşılaşma 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin edib. “Zirə” isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına “bilet” qazanıb. Kubokda uğur qazanmaqla “Qarabağ” qızıl dubl edə, “Zirə” isə tarixində ilk dəfə olaraq kubok qazana bilər. Paytaxt təmsilçisi Qəbələdəki final görüşündə qələbə qazansa, bu, həm də onun çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi ilk ciddi uğuru olacaq.

Azərbaycan kuboku
Final
27 may

Qarabağ – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Qəbələ şəhər stadionu, 19:00.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi