hia.az
hia.az

Avropa ölkələri yeni çempionat yaradır

515 dəfə baxılıb 17-10-2016, 16:22

Avropa ölkələri yeni çempionat yaradırAvropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

parlamentinsesi.az-ın məlumatına görə, bu barədə Report “Sabah”a istinadən xəbər verir.

Məlumata əsasən, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıb.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək.

Artıq Danimarkanın “Kopenhagen” klubu bu məlumatı təsdiqləyib. “Anderlext”, “Seltik”, “Ayaks”, PSV, “Rusenborq”, “Malmö” və “Brügge” klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə, UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

N.O.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi