hia.az
hia.az

Ermənistan yığmasının baş məşqçisi istefa verib

563 dəfə baxılıb 14-10-2016, 16:11

Ermənistan yığmasının baş məşqçisi istefa veribErmənistan yığmasının baş məşqçisi Varujan Sukiasyan istefa verib.

parlamentinsesi.az-ın məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyası xəbər verib.

60 yaşlı məşqçinin istefa motivləri barədə məlumat verilmir.

Lakin görünür, buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.

E qrupunda çıxış edən Ermənistan 3 turdan sonra xalsız qalıb və qrupun sonuncu pilləsində qərarlaşıb.

Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Sukiasyan 2000-2001-ci ildə də yığmanın baş məşqçisi vəzifəsində çalışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi