hia.az
hia.az

Azərbaycan Rusiyanı geridə qoydu

70 dəfə baxılıb 15-12-2023, 08:14

Azərbaycan Rusiyanı geridə qoydu

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Modern.az-ın məlumatına görə, Ağdam təmsilçisinin Bakıda İsveçin “Hekken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.

Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.

Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi