hia.az

Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

113 dəfə baxılıb 4-05-2023, 17:49

Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi


Bakıda vəzifəli şəxs intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.

Tikinti şirkətlərindən birinin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi