hia.az

Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib

27 dəfə baxılıb 18-09-2026, 14:51

Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib

Moskva Kyuşu adasında Amerika Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva etiraz notasında raket sistemlərinin Yaponiya ərazisindən çıxarılmasını tələb edib.

Sənəddə Yaponiyanın orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş Typhon raket sistemlərinin hər hansı bir bəhanə ilə öz ərazisində yerləşdirilməsinin yolverilməzliyi vurğulanıb.

Həmçinin, Yaponiya rəhbərliyinin İkinci Dünya Müharibəsinin nəticələrini, o cümlədən cənubi Kuril adaları ilə bağlı ərazi aspektlərini tanımasının vacibliyi qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi