hia.az
hia.az

Bakıda OLAY: Kişini avtomobillə sürüyərək pulunu apardılar

249 dəfə baxılıb 10-08-2021, 12:23

Bakıda OLAY: Kişini avtomobillə sürüyərək pulunu apardılar
Bakıda qəribə soyğunçuluq hadisəsi qeydə alınıb.

DİN-dən verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini R.İsgəndərov Nizami RPİ 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin ona məxsus içərisində 1200 manat olan pul kisəsini açıq talama yolu ilə apardığını bildirib.

R.İsgəndərov bildirib ki, təqsirləndirilən şəxs hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olub, lakin soyğunçu avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılıb. Şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi