hia.az
hia.az

Şəkidə ayı ovlayan 7 nəfər saxlanılıb

642 dəfə baxılıb 30-10-2016, 09:49

Şəkidə ayı ovlayan 7 nəfər saxlanılıb





















Şəki rayonu ərazisində ayı ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, 29 oktyabr 2016-cı il tarixində ETSN-in Balakən-Zaqatala-Qax-Şəki inzibati rayonlarını əhatə edən 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Nazirliyin əməkdaşları siqnal əsasında operativ reyd həyata keçiriblər. Reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən “Ural” markalı “AQS 95-85” dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.

İlkin araşdırmalar zamanı ov edən şəxslərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək.

Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi