hia.az
hia.az

Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO

544 dəfə baxılıb 20-10-2016, 15:23

Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEOBakı metrosunda oğurluq hadisəsi baş verib.

parlamentinsesi.az ARB TV-yə istinadən xəbər verir ki, metronun “28 May” stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıyeva çantasından mobil telefon oğurlanması barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli sakini əvvəllər qətl hadisəsinə görə məhkum olunmuş Seymur Ağayev saxlanılıb. İstintaq zamanı Seymurun “Gənclik” stansiyasında Bakı sakini Fəridə Cəfərlinin çantasından pul kisəsini oğurladığı da məlum olub.

S.Ağayev istintaqa ifadəsində metroya “Sahil” stansiyasından daxil olduğunu bildirib.

“İki qız idilər, birinin pul kisəsini, birinin də telefonunu oğurladım. Bir vətəndaşla mübahisə də etdik və polis əməkdaşları gəlib məni apardı”, - o deyib.

Faktlarla bağlı cinayət işi başlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi