hia.az
hia.az

“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu

582 dəfə baxılıb 15-10-2016, 16:45

“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu“BakuBus”a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

parlamentinsesi.az-ın Report-a istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.

24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi