hia.az
hia.az

Polis Azərbaycanda 24 nəfəri saxladı

10 dəfə baxılıb 23-03-2026, 09:52

Polis Azərbaycanda 24 nəfəri saxladı

Martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 13, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi