hia.az

Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək

2 dəfə baxılıb Bu gün, 14:00

Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi təşkilata regionda və onun xaricində təhlükəsizliyin gücləndirilməsində daha əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.

Bu barədə AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.

"Liderlərin yeni təşəbbüslərinin konkret əməkdaşlıq layihələrində necə reallaşdırılacağı barədə fikir mübadiləsi apardıq. Əminəm ki, Azərbaycanın sədrliyi altında AQEM Asiyada və onun xaricində təhlükəsizliyin gücləndirilməsində daha əhəmiyyətli nəticələr əldə edə biləcək", - o yazıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda 50-dən çox nümayəndə heyətinin iştirakı ilə AQEM-in VII Zirvə Görüşü keçirilib. Görüşün yekunlarına əsasən, Azərbaycanın AQEM-ə sədrliyi daha iki il müddətinə uzadılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi