hia.az

Ukraynada keşiş 3 nəfəri güllələyib

4 dəfə baxılıb Bu gün, 17:07

Ukraynada keşiş 3 nəfəri güllələyib

Ukraynanın Zakarpatye vilayətinin Vışkovo qəsəbəsində atışma olub, 3 nəfər ölüb.

Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Məlumata görə, daha əvvəl keşiş kimi xidmət etmiş 45 yaşlı şəxs əvvəlcə yerli sakinin həyətinə daxil olaraq ev sahibi və onun həyat yoldaşına bir neçə dəfə atəş açıb. O, daha sonra küçəyə çıxaraq yoldan keçənlərə atəş açıb.

Atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb. Hadisənin mümkün motivləri arasında məişət münaqişəsi və xuliqanlıq versiyaları araşdırılır.

Axtarışlar zamanı onun yaşadığı evdə və xidmət etdiyi kilsənin ərazisində qeydiyyatsız ov tüfəngi, tapança və patronlar, həmçinin ilkin olaraq çətənə olduğu ehtimal edilən maddə aşkarlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi