hia.az

Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb

3 dəfə baxılıb Bu gün, 16:30

Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Bu barədə Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, daha öncə bu təminat 2022-2026-cı illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilirdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi