hia.az
hia.az

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

11 dəfə baxılıb 10-03-2026, 10:59

Od çərşənbəsi zamanı tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub.

Müraciətdə kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlindiyi bildirilib:

"Bu da sonda acı nəticələrə gətirib çıxarır. Bundan əvvəlki Od çərşənbəsi zamanı tonqalla bağlı nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edir, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi