hia.az
hia.az

Sumqayıtda qardaş yeni evlənmiş bacısını öldürdü – YENİLƏNİB

591 dəfə baxılıb 12-10-2016, 17:08

Sumqayıtda qardaş yeni evlənmiş bacısını öldürdü – YENİLƏNİBDünən Sumqayıtda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

parlamentinsesi.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Pərviz Şahbazovun bacısı 22 yaşlı Zümrüd Soltanovanı qısqanclıq üstündə öldürdüyü məlum olub.

Bəlli olub ki, Z.Soltanova bir müddət əvvəl ailə həyatı qurub. Daha sonra onun ailəsində problemlər yaranmağa başlayıb. Bu səbəbdən 22 yaşlı qızın qardaşı ilə də münasibətləri pozulub və dünən Z.Soltanova atasının evində qardaşı tərəfindən amansızlıqla qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.

12:52

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.

parlamentinsesi.az xəbər verir ki, bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, əməlini etiraf edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi