hia.az
hia.az

Hərbi texnikamızın üzərinə yazılan hərfin mənası nədir? - Fotolar

67 dəfə baxılıb 8-09-2023, 09:39

Hərbi texnikamızın üzərinə yazılan hərfin mənası nədir? - Fotolar


Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərinə hərflərin yazılmasıdır. Bunu əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müxtəlif fikirlər ortaya atılır.

Bəziləri bu hərflərin xüsusi məna daşıdığı fikrini irəli sürür.

“Qafqazinfo”nun məlumatına görə, hərbi texnikanın üzərinə hərflərin yazılması əvvəlki illərdə də müşahidə edilib. Amma bu, hər hansı bir ideolaji məna daşımır.

Məsələn, əvvəlki illərdə hərbi texnikalarımızın üzərinə ortasından xətt çəkilmiş “B”, “Z”, “N” kimi hərflər yazılıb. Bu, qrupların, bölmələrin adlarının baş hərfləridir.

Bunun yazılmasında məqsəd isə hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək və əməliyyatların havadan, qurudan idarəedilməsini asanlaşdırmaqdır. Yəni, bir növ fərqləndirmə nişanlarıdır və bu nişanlar hərbi texnikaların yanlarına və üstünə vurulur.

Emin Səfərov
Əvvəlki illərdə çəkilmiş fotolar:




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi