hia.az

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Logistika Forumu keçiriləcək

107 dəfə baxılıb 26-08-2023, 14:00

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Logistika Forumu keçiriləcək


Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Multimodal Daşımalar və Logistika Forumu keçiriləcək.

Bu barədə TDT-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, tədbirin məqsədi Orta və Cənub dəhlizləri vasitəsilə multimodal daşımaların marşrutlarının inkişafına xüsusi diqqət yetirməklə tərəfdaşlıq əlaqələrinin inkişafı və qlobal təchizat zəncirlərinin davamlılığına kömək etməkdir.

İştirakçılar investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını müzakirə edəcəklər.

Trend


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi