hia.az

“Apple” şirkəti “iPhone”la bağlı rəsmi xəbərdarlıq etdi

119 dəfə baxılıb 18-08-2023, 20:07

“Apple” şirkəti “iPhone”la bağlı rəsmi xəbərdarlıq etdi


“Apple” şirkəti “iPhone”la bağlı rəsmi xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, istifadəçilərə telefonu enerji ilə doldurarkən bədənin üzərinə, yastığın və ya yorğanın altına qoymamaq tövsiyə olunur. Bundan əlavə, şirkət “iPhone”ları üzlüksüz və yaxşı havalandırılan yerlərdə enerji ilə doldurmağa çağırıb.

“Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik cərəyanı vurması, şəxsi xəsarət və ya “iPhone” və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər”, - deyə məlumatda qeyd edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi